9 mart 2014 20:10
Qurbanov: Azarkeşlər bəzi ifadələri işlətməsələr daha yaxşı olar
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı 4:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı oyun alındı, vacib 3 xal qazandıq. “Bakı” ilk hissəyə yaxşı başladı. Amma oyunun gedişini ələ aldıq, qollar vurduq. Qış fasiləsindən sonra oyunların sürəti daha da yüksəlib. Çempionat bundan sonra daha da çətin olacaq. Komandamı sona kimi mübarizə apardıqları üçün təbrik edirəm. Azarkeşlərə də dəstəyə görə təşəkkürümü bildirirəm. Buna baxmayaraq, azarkeşlər rəqiblərə hörmətlə yanaşmalıdılar, bəzi ifadələri işlətməsələr daha yaxşı olar. Biz azarkeşlərimiz üçün oynayırıq. Neçə ildi ki, “Qarabağ”da çalışıram və hər dəfə də komandamızın çempion ediləcəyi barəsində şaiyələr dolaşır. Öz işimiz, öz komandamız var. Başımızı aşağı salıb öz işimizi görməliyik”.