9 mart 2014 16:14
Syomin: Möcüzə birdən baş vermir
"Qəbələ"nin baş məşqçisi Yuri Syomin Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin rusiyalı çalışdırıcısı 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu cür gərgin oyunlarda bəsit səhvlərə çox yol veririk. Hesabda geri düşdükdən sonra isə oyunu bərabərləşdirməyə çalışırıq. Daha zəif komandalarla oyunlarda bu alınır, “Neftçi” və “Qarabağ” kimi güclü rəqiblərlə isə alınmır. Komandanın ikinci dövrədə zəif çıxış etməsində ümumi problemlər var. Turnir cədvəlində yüksək yerlərdəyik, yeni transferlərin komandaya uyğunlaşması üçün vaxt lazımdır. Möcüzə birdən baş vermir, səbrli olmaq lazımdır. Etibarımı itirmək kimi qorxum yoxdur. Komandanın keçən və bu mövsümdə hansı mövqelərdə olduğunu müqayisə edin. İrəliləyiş var, ya yox?”.