9 mart 2014 16:05
Hacıyev: Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun çalışdırıcısı 2:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Maraqlı və gərgin oyun oldu. Rəqibi yaxşı oyuna görə alqışlamaq lazımdır. “Qəbələ” əbəs yerə turnir cədvəlində yüksək pillələrdə getmir. Çalışdım sübut edim ki, “Neftçi” əsas heyətlə həmin “Neftçi”di. “Xəzər Lənkəran”la oyundan sonra 4 əsas müdafiəçimiz bir neçə oyunu buraxmalı oldu. Nəhayət bu gün komplektləşmiş heyətlə çıxış etdik və layiqli qələbə qazandıq. Ernest Nfor əlinə düşən yüz faizlik qol imkanından istifadə edib üçüncü qolu vura bilsəydi “Qəbələ” dayanardı. Müdafiədəki oyunumuzu alqışlayıram, müdafiəçilərimiz çox yaxşı oynadı. 3 gün sonra “İnter”lə kubok oyunumuz var. Bu il də bir sıra sürprizlərlə ölkə futbolunun tarixinə keçəcəyik. Karlos Kardoso və ya ernest Nfro pis futbolçular deyil. Uyğunlaşa bilməyən yalnız Melvin Platyedir. Transfer siyasətimizdə səhvə yol verdiyimizi düşünmürəm. Çempionat sona yaxınlaşdıqca mükafatlar uğrunda mübarizə daha da qızıışır, oyunlar daha gəgin keçir. Bu gün rəqib fərdi cəhətdən “Neftçi”dən geri qalmırdı”.