9 mart 2014 15:57
Branimir Subaşiç: Foqtsun mənə dəvət göndərəcəyinə inanmıram
Türkiyənin "Orduspor" klubunda çıxış edən Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi
- "Dənizlispor"la dünənki oyunda dublla yadda qaldınız. Bu barədə nə deyə bilərsiz?
- Bu, mənim Türkiyədə ilk dublumdu. Qol vurmağı istəyirdim. İkisini vurmağım daha xoş oldu. Belə böyük hesabla qalib gələcəyimizi gözləmirdim. Çünki "Dənizlispor" bizdən öncəki üç oyunda ardıcıl qələbələr qazanmışdı.
- Zədə səbəbindən oynamadığınız oyunların heç birində komandanız qələbə qazana bilmirdi. Bu, təsadüf idi?
- Bilmirəm (gülür). Nəsə belə alındı. Amma bu, elə də önəmli deyil. Artıq sıraya dönmüşəm. Fikrimcə, bu görüşdə də pis çıxış etmədim. Baxmayaraq ki, daha yaxşı oynaya bilərdim.
- Ehtiyatda oyunu olan "Orduspor" artıq liderdən cəmi 1 xal geri qalır...
- Hədəfimiz mövsümü ilk ikilikdə bitirib Superliqaya birbaşa vəsiqə qazanmaqdı. Əgər altılıqda yer alsaq, pley-off oyunları keçirmək məcburiyyətində qalacağıq. Biz Super Liqaya çıxacaq gücdəyik.
- AÇ-2016-nın seçmə mərhələsinin püşkatmasından xəbəriniz var. Nəticələri necə qarşıladınız?
- Azərbaycan yığmasına çətin qrup düşüb. Amma fikrimcə, bu qrupda mübarizə aparmaq çox maraqlı olacaq. Yaxşı nəticəyə də ümid etmək olar. Hətta İtaliya və Xorvatiya ilə ev oyunlarında da.
- Sizcə, yığmamız bu qrupda neçə xal toplaya bilər?
- Hər şey ola bilər. Dəqiq söz demək çətindi.
- Bu oyunlarda çıxış etməyə ümidiniz var?
- Düşünmürəm ki, daha məni yığmaya dəvət edələr.
- Hətta bu dubldan sonra da?
- Mən yığmaya gəlməyə həmişə hazıram. Amma inanmıram ki, Berti Foqts bundan sonra mənə diqqət yetirə. Niyəsini soruşmayın, çünki özüm də bilmirəm. Sadəcə, hiss edirəm ki, artıq mənə ehtiyac yoxdu.