9 mart 2014 14:10
Qəbələ azarkeşləri Mahir Şükürova yad əşyalar atdılar
Bu gün "Qəbələ" Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşır. Azerisport.az xəbər verir ki, meydan sahiblərinin fanatları həmişəki kimi, bu gün də rəqib komandanın müdafiəçisi Mahir Şükürova xüsusi "qonaqpərvərlik" göstərməkdədilər.
Belə ki, onlar Mahir üçün "Azərbaycan futbolunun orta barmağı - Şükürov" yazılan pankart açıblar. Şükürovun əleyhinə xüsusi şüarlar və təhqirlər də eşitmək mümkündü. İlk yarının sonlarında Mahirin cərimə zərbəsini yerinə yetirməsi zamanı "Qəbələ" fanatlarından ona kənar əşyalar atanlar da oldu. Həmin atılan əşyaları baş hakim Fariz Yusifov sübut kimi götürdü və güman ki, buna görə meydan sahibləri AFFA İntizam Komitəsi tərəfindən cəzalanacaq.
