9 mart 2014 14:35
Fariz Yusifov Qəbələdə oyunu dayandırdı
Bu gün "Qəbələ" Topaz Premyer Liqasının 25-ci turu çərçivəsində "Neftçi" ilə qarşılaşır. Azerisport.az xəbər verir ki, bu oyunda hələlik paytaxt klubu 2:1 hesabı ilə qalib gəlir.
Qonaq komandanın ikinci qolu vurmasından sonra isə oyunda fasilə yaranıb. Belə ki, azarkeşlərin meydana kənar əşyalar, yan xətt hakiminə yumurta atması nəticəsində baş hakim Fariz Yusifov qarşılaşmanı dayandırmaq məcburiyyətində qalıb. Təxminən 5 dəqiqəlik fasilə zamanı kapitan Vladimir Levin tərəfdarlara yaxınlaşaraq onlardan sakitləşməyi tələb edib. Oyun yalnız bundan sonra bərpa edilib.