8 mart 2014 12:00
Rəvan Xəzər Lənkəranla oyuna üç itki ilə çıxacaq
“Rəvan” TPL-in 25-ci turunda “Xəzər Lənkəran”a qarşı keçirəcəyi oyuna hazırlığı başa vurub. Azerisport.az klub saytına istinadən xəbər verir ki, bu oyunda komanda üç futbolçusunun xidmətindən yararlana bilməyəcək.
Zədəli Aqil Nəbiyev, cəzalılar - Lukaş Sapela və Cəmşid Məhərrəmov oyunu tribunalardan izləyəcəklər.
