8 mart 2014 11:55
Millimizin ABŞ yığması ilə keçirəcəyi oyun yerli stadion üçün son qarşılaşma olacaq
Millimizin may ayının 27-də ABŞ yığmasına qarşı keçirəcəyi oyunun baş tutacağı San-Fransiskonun “Kendlstik Park” stadionu üçün bu qarşılaşma sonuncu oyun kimi əlamətdar olacaq. Azerisport.az xəbər verir ki, “San-Fransisko Cayents” beysbol klubunun və “San-Fransisko-49” futbol komandasının ev arenası 2014-cü ilin sonuna qədər və ya 2015-ci ilin əvvəllərində söküləcək.
