8 mart 2014 11:22
Yuri Syomin: Qəbələni Neftçi ilə prinsipial oyun gözləyir
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin azerisport.az saytına açıqlamasında komandasının TPL-in 25-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi oyun haqda fikirlərin bildirib:
“Hazırlıq yaxşı keçir. Hamı sap-sağlamdır. Yeganə mənfi hal, yığmanın dörd oyunçusunun ancaq yaxın ərəfədə düşərgəmizə gəlməsidir. Bizi “Neftçi” ilə vacib, prinsipial bir oyun gözləyir. Əminəm ki, bakılılar da bizə belə yanaşır. Hər iki komandanın qiymətli xallara ehtiyacı var. Belə ki, az xal itirməyiblər. Hər şeyin necə cərəyan edəcəyini qabaqcadan demək, çətindir. Çox şey meydanda oyunçuların fəaliyyətindən asılı olacaq”.
