8 mart 2014 21:21
Rəvan yeni oyunçularını düşərgəsinə qatdı
“Rəvan” iki transfer həyata keçirib. Klubdan azerisport.az saytına verilmiş məlumata görə, Estoniya yığmasının müdafiəçisi Dmitri Kruqlov və Slovakiya yığmasını yarımmüdafiəçisi Kamil Kopunek sarı-qırmızı formanı daşıyacaq.
TPL təcrübəsi olan Kruqlovla mövsümün sonuna qədər müqavilə imzalanıb. O, bu gün 25-ci tur çərçivəsində “Xəzər Lənkəran”a qarşı keçirilmiş oyunda (2:1) komandasının kömək edib.
30 yaşlı Kopuneklə isə bir il yarımlıq müqavilə imzalanıb.
