8 mart 2014 21:13
Yunisoğlu Subaşiçə qarşı oynaya bilməyəcək
Bu gün Türkiyə Birinci divizionunda 29-cu turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, futbolçumuz Saşa Yunisoğlunun komandası “Tekden Denizlispor”, digər futbolçumuz Branimir Subaşiçin çıxış etdiyi “Orduspor”la qarşılaşacaq.
Subaşiç komandasının əsas heyətində meydana çıxacaq. Yunisoğlu isə oyunun iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, “Orduspor” 53 xalla yarış cədvəlinin 3-cü, “Tekden Denizlispor” isə 31 xalla 12-ci pilləsində qərarlaşıb.
