8 mart 2014 18:44
Vaqif Sadıqov: Kobud səhvlərin nəticəsində məğlub olduq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov komandasının TPL-in 25-ci turu çərçivəsində “Simurq”a qarşı keçirdiyi oyundan (0:2) sonra, oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Sadıqov bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. Həm ilk, həm də ikinci hissədə kobud səhvlər etdik və məğlub olduq. 11 metrlik cərimə zərbəsi oyunda dönüş nöqtəsi ola bilərdi”.
(PFL)
(PFL)
