8 mart 2014 18:28
Giorgi Çixradze: Qapıçımızın qaytardığı 11 metrlik cərimə zərbə həlledici oldu
“Simurq”ın baş məşqçisi Giorgi Çixradze komandasının TPL-in 25-ci turu çərçivəsində AZAL-a qarşı keçirdiyi oyundan (2:0) sonra, oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Çixradze bunları söyləyib:
“Qələbə qazanmaq istəyirdik. İlk hissədə qol vurmağı bacardıq. İkinci hissədə qapıçımızın qaytardığı 11 metrlik cərimə zərbəsi qələbə qazanmağımızda böyük rol oynadı”.
(PFL)
