8 mart 2014 17:44
Mustafa Dənizli: Komediya kimi bir oyun oldu
“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli komandasının TPL-in 25-ci turu çərçivəsində “Rəvan”a qarşı keçirdiyi oyundan (1:2) sonra, oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Dənizli bunları söyləyib:
“Komediya kimi bir oyun oldu, deməyə sözüm yoxdur. Bu cür oyunla məğlub olduq. Belə hadisələr 20 ildə bir dəfə olur. Bir oyunda bu qədər qol epizodundan istifadə edə bilməyəsən və son anda qapından qol buraxıb məğlub olasan. Yuxu kimi bir oyun oldu, 5-6 qol epizodundan istifadə edə bilmədik. Ancaq uşaqlar belə səhvlər edə bilər. Bizim oynadığımız futbolla rəqibin oynadığı futbolun nəticəsi budursa, deməyə sözüm yoxdur. Oyunu uduzmaq olar, amma bu cür iki qol buraxmağa söz tapa bilmirəm”.
(PFL)
