8 mart 2014 17:33
Aqil Məmmədov: Məqsədimiz Rəvanı qabaqlamaqdır
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov komandasının TPL-in 25-ci turu çərçivəsində “İnter”ə qarşı keçirdiyi oyundan (0:1) sonra, oyun haqda fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
”İnter” bizim üçün çətin rəqibdir. Hələ ki, “İnter”ə qalib gələ bilməmişik. İki fərqli hissə oynadıq, ikinci hissədə daha yaxşı oynadığımızı düşünürəm. “İnter” layiqli qələbə qazandı, təbrik edirəm. Məqsədimiz çempionatda “Rəvan”ı keçmək və mövsümü son pillədə başa vurmamaqdır”.
(PFL)
