8 mart 2014 14:33

Adrian Skarlatake: Bütün oyunlarda Neftçi ilə matçdakı kimi oynamaq mümkün deyil

“Xəzər Lənkəran”ın futbolçusu Adrian Skarlatake azerisport.az saytına müsahibəsində son oyunlardan danışıb, hədəfləri açıqlayıb və çempionluğa iddialı “Qarabağ”ın şanslarını qiymətləndirib:

- Qış fasiləsindən sonrakı oyunları necə qiymətləndirirsən?
- “Xəzər Lənkəran” fevraldan etibarən yaxşı oyun nümayiş etdirir. Sadəcə ardıcıl, qələbələrdən sonra bir qədər uğursuzluq oldu. “İnter”lə AZAL-la görüşlərdə bəxtsizliklə üzləşdik. Həmin görüşlərdə qələbə qazanmalı idik. “Bakı” ilə matç isə, uğursuz gün idi. Komanda öz oyununu tapıb, sadəcə, bəzi oyunlar istədiyimiz kimi başa çatmır. Bununla belə, sona çox oyun qalıb. Həmin görüşlərdə qələbə qazanmaq, liderlərə yaxınlaşmaq imkanımız var.

- Növbəti tur qarşılaşacağınız “Rəvan”la oyun haqda nə düşünürsən?
- Bizi yalnız qələbə maraqlandırır. Başqa nəticə, komandanı razı salmayacaq. “Rəvan”ın heyətində yaxşı futbolçular çoxdur. “Xəzər Lənkəran”ın hədəfi qələbədir. Onsuz, çoxlu xal itirmişik. Rəqibə hörmətlə yanaşırıq. Cənubluların favorit sayılması barədə də danışmamalıyıq. Sözümüzü meydanda deməliyik.

- Sizcə, Mustafa Dənizlinin rəhbərliyi etdiyi komandadan cari mövsüm nəticə tələb etmək doğrudurmu?
- Dənizlinin rəhbərliyi altından komanda çox yaxşı oynayır. Taktika və hazırlıq baxımından yaxşı mənada dəyişiklik çoxdur. Yeni mövsümü gözləməyə vaxt yoxdur. Komanda cari mövsüm azarkeşləri sevindirməlidir. Bunun üçün şərait və şansımız var. Meydana çıxıb özü oyunumuzu göstərməliyik. “Xəzər Lənkəran” mövsümü major notda bitirə bilər.

- Con Toşakdan sonra Mustafa Dənizlinin komandanı dirçəltməsinə inanırsınızmı?
- Dənizli Azərbaycan futbolunu hiss edir. Onun rəhbərliyi altında komanda müəyyən mənada, artıq dirçəlib. Unutmaq olmaz ki, Dənizli Lənkərana gələndə biz liderlərdən çox uzaq düşmüşdük. Fərq çox idi. Ona görə indi liderlərə yaxınlaşmaq bizim üçün çətindir. Dənizli gələnə qədər biz bu qədər xal itirməsəydik, indi tam fərqli mövqedə qərarlaşardıq. 

- “Xəzər Lənkəran” “Neftçi”yə qarşı həmişə yaxşı mübarizə göstərir. Hər oyunda niyə belə oynamırsınız?
- Hər çempionatda derbi matçlar olur. “Neftçi” ilə görüşlər hər zaman sevilib və maraqla gözlənilib. Elə oyunlara səbəb lazım olmur. Bütün oyunlarda “Neftçi” ilə oynadığımız kimi mübarizə aparmaq çətindir. Hər bir görüşün öz incəlikləri olur. AZAL-la səfər görüşündə süni örtüklü meydança müəyyən problemlər yaratdı. Ona görə “Neftçi”yə qarşı oyunumuzu ancaq onlarla matçda göstərə bilərik. 

- Turnir cədvəlində lider olan “Qarabağ”ın çempionluğa lap yaxınlaşması fikri ilə razısan?
- Hazırda yuxarı pillələrdə gərgin mübarizə davam edir. “Qarabağ”a çempion demək, hələ tezdir. Liderlərlə fərq çox böyük deyil. “Qarabağ” doğurdan cari mövsüm baxımlı oyun sərgiləyir. Futbolçular topla yaxşı rəftar edir. Onların lider olması haqlarıdır. “Qarabağ” indiki oyunla, heç kim inciməsin, çempionluğa iddialıdır.

- Mövsümün sonunda uğursuzluq olsa, 10 illik yubiley ilində azarkeşlər sizi bağışlayacaqmı?
- Hədəfimiz çempionatda ilk üçlükdə qərarlaşmaqdır. Bunun üçün ancaq qələbə barədə düşünmək lazımdır. Mükafatçılar sırasına düşməklə həm medal qazana bilərik, həm avrokuboklara vəsiqə əldə edərik. Azərbaycan Kuboku da bizim üçün prioritet olaraq qalır. Finala qədər irəliləmək fikrimiz var. Adətən, komandamız kubok turnirlərində uğurlu çıxış edir. 10 illik yubiley ilində kuboku qazansaq, çox yaxşı olar.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.