7 mart 2014 12:44
Qurban Qurbanov: İcraiyyə komitəsinə yaş məhdudiyyəti olmayan limit təklif etdim
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına açıqlamasında bildirib ki, AFFA İK-nın üzvlərinə legioner limiti ilə bağlı öz təklifini irəli sürüb:
“Mən onlara yaş məhdudiyyəti olmayan “7 əcnəbi üstəgəl 4 yerli” sxemini təklif etmişəm. Mən həmçinin “Şəfa” tipli komanda yaratmaq təklifinin etdim ki, 23 yaşa qədər futbolçular burada çıxış etsin və komandaya çempionatda iştirak imkanı verilsin”.
