7 mart 2014 12:40
Araz Dördlər finalına strateji hazırlıq görür
Futzal üzrə ölkə çempionumuz “Araz” UEFA Kubokunun Dördlər finalı ərəfəsində daha üç oyunçunu icarəyə götürmək fikrindədir. Azerisport.az xəbər verir ki, bu futbolçular İtaliya yığmasının heyətində AÇ-nin qalibi Rodolfo Furtino, AÇ-də millimizə qarşı oyunda qol vuraraq fərqlənmiş sloveniyalı Kristian Çuyek və “Neftçi”nin braziliyalısı Brunodur.
Xatırladaq ki, bir müddət əvvəl “Araz” “çərçivənin” qayğısına qalmış və rusiyalı qapıçı Aleksey Popovun icarəsi haqda razılığa gəlmişdilər.
