7 mart 2014 12:33
UEFA-nın birinci vitse-prezidenti: Azərbaycan millisinin inkişafına şadam
UEFA-nın birinci vitse-prezidenti Şenes Erzik AFFA-nın Konfransında çıxış edib. Azerisport.az xəbər verir ki, Erzik bunları söyləyib:
“Hörmətli qardaşlar! Mən yəqin ki, sizə belə deyə bilərəm. Bu gün burada, AFFA-nın Konfransında olduğuma şadam. Mişel Platini hamınızı salamlamağı xahiş etdi.
Azərbaycan gənc ölkədir. Ancaq 22 il ərzində siz az iş görməmisiniz. AFFA-nı gördüyü işlər münasibəti ilə təbrik edirəm. Mən çox şadam ki, təsnifat mərhələlərində Azərbaycan yığmasının topladığı xalların miqdarı artır”.
