7 mart 2014 00:22
Teryer 20 ildən sonra ABŞ-a qayıdır
20 ildən sonra Berti Foqts komandasını ABŞ-da futbol meydanına çıxaracaq. Azerisport.az xəbər verir ki, Foqts rəhbərliyi altında son dəfə Almaniya yığmasını 1994-cü ildə ABŞ-da DÇ çərçivəsində futbol qarşılaşmasına çıxarmışdı.
May ayının 27-də isə Foqts millimizi San-Fransiskoda ABŞ yığmasına qarşı oyuna çıxaracaq.
Maraqlıdır ki, o zaman Almaniya yığmasının aparıcı oyunçularından olmuş Yurgen Klinsmann hazırda ABŞ yığmasının sükanı arxasında dayanıb.
