7 mart 2014 12:00
AFFA 2013-cü ildə 20 milyon manata yaxın pul xərcləyib
2013-cü ildə AFFA-ya 29 510 884 manat investisiya köçürülüb. Azerisport.az xəbər verir ki, bu məbləğin 18 000 000 manatı sponsor ARDNŞ tərəfindən yatırılıb.
19 811 919 manat məbləğində vəsait isə 2013-cü il ərzində futbolumuzun inkişafı istiqamətlərində xərclənib. Bunlardan 9 085 143 manat millimizə, 1 711 247 manat isə AFFA-nın nəzdində olan stadionlara sərf edilib.
