7 mart 2014 00:11
Samir Abbasov: Ancaq Azərbaycanda 28 yaşlı futbolçu perspektivli hesab oluna bilər
“Sumqayıt”ın kapitanı Samir Abbasov azerisport.az saytına açıqlamasında legioner limitinə münasibətini haqda fikirlərini bölüşüb:
“Düşünürəm ki, 6 legioner münasib seçimdir. Azaltmaq, məncə, gərək deyil. Yerli oyunçulara gəlincə, mən belə edərdim: beşindən yalnız biri 21 yaşa qədər olardı. 23 yaşa qədər olan futbolçuya imtiyazlar vermək nəyə gərəkdir? Əgər bu yaşda rəqabət apara bilmirsə, gələcəkdə ondan futbolçu çıxmayacaq. Sizi inandırım ki, 24 yaşında o, futbol oynamayacaq. Ancaq bizim ölkədə 28 yaşlı futbolçu perspektivli hesab edilir”.
