8 mart 2014 00:01

Topaz Premyer Liqasında 25-ci tur həyacanı

Bu gün Topaz Premyer Liqasının 25-ci turuna start veriləcək. Azerisport.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma baş tutacaq.
Açılış matçında çempionatın autsayderi "Sumqayıt" doğma meydanda "İnter"lə qarşılaşacaq. Yeni dövrədən uğurlu çıxış edən "Gənclik şəhəri" klubu turnir cədvəlinin sonuncu pilləsindən xilas olmağa çalışır. "Neftçi" üzərində qələbə (2:0) və "Bakı" ilə (0:0) heç-heçə Aqil Məmmədovun komandasında ruh yüksəkliyi yaradıb. Lakin Pərdis Fərcad-Azadın zədəli, Nodar Məmmədovun isə cəzalı olması komandanın işini çətinləşdirir. "İnter"də də vəziyyət demək olar ki, eynidi. Millinin heyətinə cəlb edilmiş futbolçular yorğun olduğundan, bu görüşdə komandaya lazım olanı verə bilməyəcək. Amma buna baxmayaraq, paytaxt klubu bu qarşılaşmada favorit hesab olunur.
Günün növbəti oyunu Bayılda baş tutacaq. Güvənç Kurtarın yetirmələri doğma meydanda "Xəzər Lənkəran"ı sınağa çəkəcək. Heyətə yeni futbolçular cəlb edən "Rəvan" da son turlarda uğurlu çıxış edir. Belə ki, komandanın Qəbələdən (0:0) 1 xalla dönməsi və AZAL-dan 3 xal alması düşərgədə müsbət əhval-ruhiyyə yaradıb. Mustafa Dənizli isə artıq 3 turdu ki, qələbəyə həsrət qalıb. Lənkəran klubunun qələbəsizlik seriyasını qırmağa çalışmasını və ev sahiblərinin məğlub olmamaq istəyini nəzərə alsaq, maraqlı oyunun şahidi olacağımızı demək olar.
Günə Şüvəlanda keçiriləcək oyunla yekun vurulacaq. AZAL evdə "Simurq"la üz-üzə gələcək. Yeni dövrədə yalnız 2 dəfə meydanı sülhlə tərk edən "təyyarəçilər" bu dəfə uğursuzluq zolağından çıxmağa cəhd edəcək. Turnir cədvəlində qonşu olan komandaların dueli maraq kəsb edir. "Simurq" da səfərdən qələbə ilə dönmək üçün meydana çıxacaq. Avropa iddiasını davam etdirmək üçün Zaqatala klubu bütün görüşlərdən qələbə ilə ayrılmalıdı.
Növbəti oyun günündə öncə “Qəbələ” evində “Neftçi” ilə münasibətlərinə aydınlıq gətirəcək. 23-cü dəfə qarşılaşacaq komandaların əvvəlki oyunlarının yarısında “Neftçi” qalib gəlib. Paytaxt klubunun 11 qələbəsi olduğu halda, bölgə təmsilçisi 6 dəfə eyni uğura nail olub. Daha 5 görüşdə isə qalib müəyyənləşməyib. Son 4 matçda rəqibinə cəmi 1 xal verən paytaxt təmsilçisi 4-cü səfər oyunudu ki, meydanı qolsuz tərk etmir. Ümumilikdə isə son 5 görüşdə hər iki komanda rəqib qapısına yol tapır. Top fərqində də "Qəbələ"nin vəziyyəti yaxşı deyil - 20-32. Bu görüş həm Böyükağa Hacıyev - Yuri Syomin qarşılaşması olaraq böyük maraq kəsb edir, həm də çempionluğa oynayan komandaların dueli kimi. Düzdü, "Neftçi"nin son turlarda daha bərbad çıxışı bu komandanı geri salıb. Amma "ağ-qaralar"ın çempionluqdan əlini üzdüyünü demək olmaz. "Qəbələ" bu oyunda qalib gələcəyi halda isə "Neftçi" qızıl medal şanslarının üstündən böyük bir xətt çəkmiş olacaq.
Nəhayət, turun qapanış matçında lider “Qarabağ” “Bakı”nı qəbul edəcək. Topaz Premyer Liqasında liderlər qrupunda yer alan komandalar 45-ci dəfə üz-üzə gələcək. Bu görüşlərdən 16-da Ağdam, 15-də paytaxt klubu qələbəyə sevinən tərəf olub. Son 2 ev matçında qalib gələn “Qarabağ” “Bakı” ilə duellərdə üstünlüyə malikdi. Daha 13 qarşılaşma isə sülhlə bitib. Topların fərqində isə Qurban Qurbanovun komandası öndədi - 54-48. Ağdam klubu əsas rəqiblərindən birini məğlub edəcəyi halda çempionluq yolunda daha bir önəmli addım atacaq. Amma buna nail olmaq heç də asan başa gəlməyəcək. Çünki Milinko Pantiçin komandası üçüncü dövrəyə çox yaxşı başlayıb və artıq üçüncü pillədə qərarlaşıb. Bu üzdən də sözügedən matçı turun mərkəzi görüşü hesab etmək olar.
Topaz Premyer Liqası, 25-ci tur
8 mart
14:00. Sumqayıt - İnter
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Gülağa Cabbarov.
Sumqayıt. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, süni örtüklü meydança
15:00. Rəvan - Xəzər Lənkəran
AFFA nümayəndəsi: Vaqif Davudov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. “Bayıl Arena”.
16:00. AZAL - Simurq
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Kərim Ağayev.
Bakı. "AZAL Arena".
9 mart (bazar)
13:00. Qəbələ - Neftçi
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Murad Məmmədov.
Qəbələ şəhər stadionu.
18:00. Qarabağ - Bakı
AFFA nümayəndəsi: Şaiq Həmidov.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu, 18:00.
Bombardirlər:
11 - Vaqif Cavadov (İnter), Reynaldo (Qarabağ)
10 - Daniel Subotiç (Qəbələ)
8 - Etame Mbilla (Xəzər Lənkəran), Rauf Əliyev (Bakı).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.