7 mart 2014 11:44

Aslan Kərimov: Bolqarlar heç başa düşmədilər ki, onların məşqində Azərbaycan yığmasının təmsilçisi var

Millimizin məşqçisi Aslan Kərimov AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində komandamızın rəqibi olacaq Bolqarıstan yığmasının Belarus millisinə qarşı keçirdiyi və özünün müşahidəçisi olduğu oyun haqda təssüratlarını azersiport.az saytı ilə bölüşüb:

- Bolqarlar necə təəssürat yaratdılar?
- Düzü, mən bu komandanın oyunlarının videoyazısına DÇ-nin təsnifat mərhələsi bitəndən sonra baxmışam. Orada xüsusi dəyişiklik baş verməyib. Penev baş məşqçi olaraq, qalır. Oyunçuların da əksəriyyəti həmin oyunçulardır. Güclü komandadır.

- Onları kimlə müqayisə etmək olar?
- Bolqarların öz üslubu var. Onlar texnikalı və eyni zamanda atletikdirlər. Ancaq müşahidə zamanı mənə elə gəldi ki, rəqibimizin tam gücünü görmək mənə müyəssər olmadı.

- Nə üçün?
- Belarus millisi ciddi cəhdlə oynamırdı. Bu səbəbdən, bolqarların nəyə qadir olduğunu başa düşmək çətin idi.

- Bəs məlumatı nəyin əsasında toplayırdınız?
- Açıq məşqlərinin 15 dəqiqə çəkməsinə rəğmən, mən onların bu məşqində oldum. Bolqarlar heç başa düşmədilər ki, onların bu məşqində Azərbaycan yığmasının təmsilçisi var. Yaxın vaxtlarda topladığım bütün məlumatları yığmanın baş məşqçisinə çatdıracağam. Sonra Fots öz nəticələrini çıxaracaq.

- Millimiz Bolqarıstan yığmasına qarşı oyunda nəyə ümid edə bilər?
- Düşünürəm ki, biz onlardan xal qopara bilərik. Əgər son seçmə mərhələdə biz İsrail yığması ilə iki dəfə heç-heçə etdiksə, onda, bu təsnifat mərhələsində Bolqarıstan yığması ilə də bunu edə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.