7 mart 2014 11:33
Elxan Məmmədov: AFFA bir növ, piramida yaradıb
AFFA-nın baş katibi Elxan Məmmədov bildirib ki, ölkəmizin müxtəlif futbol liqalarında 10 mindən çox futbolçu qeydiyyata alınıb. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Yeniyetmələrdən ibarət səkkiz, qızlardan ibarət üç və həvəskarlardan ibarət iki liqada 10 min nəfərdən çox futbolçu çıxış edir. Biz kütləviliyə qoyuluş etmişik. Bununla da biz bir növ, müxtəlif liqalardan ibarət piramida yaratmışıq”.
