7 mart 2014 11:13
Yurgen Klinsmann: Azərbaycan yığması bizə DÇ-yə hazırlaşmağa kömək edəcək
ABŞ millisinin baş məşqçisi Yurgen Klinsmann komandasının may ayında millimizə qarşı keçirəcəyi yoxlama oyunu ilə bağlı fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, Klinsmann bunları söyləyib:
“Biz öz təqvimimizdən çox razıyıq. Fantastik rəqibimiz olacaq. Onlar bizə DÇ-yə hazırlaşmağa kömək edəcəklər. Biz müxtəlif iqlim şəraitində oynamaq imkanı əldə edəcəyik”.
(NBC)
