7 mart 2014 11:05
Millimizin ABŞ yığması ilə qarşılaşacağı stadion müəyyənləşdi
Millimizin may ayında ABŞ yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyununda meydana çıxacağı stadion müəyyən edilib. Azerisport.az xəbər verir ki, mayın 27-də keçiriləcək oyuna San-Fransiskonun “Kendlstik Park” stadionundabaş tutacaq.
Milli futbol liqası təmsilçisi “San-Fransisko 49” klubunun ev stadionu 70 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, ABŞ yığması üçün millimiz 2014-cü ildə ilk yoxlama rəqibi olacaq.
