7 mart 2014 21:55
Dmitri Kruqlov TPL-ə qayıdır
Estoniya yığmasının müdafiəçisi, “Nefçti” və “İnter”in sabiq futbolçusu Dmitri Kruqlov bu gün ölkəmizə gələcək. Azərisport.az Soccernet.ee saytına istinadən xəbər verir ki, Kruqlovun səfərində məqsəd, “Rəvan”la danışıqlarda razılığa gəlib müqavilə imzalamaqdır.
Qeyd edək ki, futbolçu Tallinin “Levadiya” komandasında həvəskar statusda çıxış edirdi. Bu, Kruqlova xaricdən təklif gələcəyi təqdirdə, komandanı istənilən vaxt tərk etmək hüququ verir.
