7 mart 2014 21:33
Fariz Nəcəfov: İzmaylov bizə lazım olan kimi oynasa, onu almağa çalışacağıq
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfov azerisport.az saytına müsahibəsində komandanın ikinci dövrədə zəif çıxışından, tapşırıqlar və Marat İzmaylovdan danışıb:
- Komanda mövsümün ikinci hissəsinə inamsız başladı və 18 mümkün xaldan 8 xal topladı. Bu barədə klub rəhbərliyi nə düşünür?
- Yaxşı heç nə. Biz komandadan belə oyun və nəticələr gözləmirdik. Digər tərəfdən, biz komandanın bütün mövsümü itkisiz keçirəcəyini də gözləmirdik. Ancaq bununla belə, qələbə qazanmalı olduğumuz oyunlarda itkilər, əlbəttə, dilxor edir.

- Bu halda, klub rəhbərliyi komanda ilə söhbət aparmaq istəyirmi və ya bu, artıq olub? Mətbuatda söhbət yayılıb ki, Yuri Syomin və Marat İzmaylov arasında problemlər var.
- Biz məşqçi qərargahı və futbolçularla danışmışıq. Bu qədər xal itkisinin səbəblərini soruşmuşuq. Sizə tam əminliklə deyə bilərəm ki, komandada heç bir problem yoxdur. Tez-tez itirilən xallara görə komandada gərginlik vardı. Düşünürəm ki, uğurlu oyunun müqabilində, bu gərginlik düşəcək.

- Bu, ilk mövsüm deyil ki, qış fasiləsindən sonra “Qəbələ”də eniş müşahidə olunur. Rus mütəxəssisdən hazırkı enişin nə ilə bağlı olduğunu soruşmusunuz?
- Artıq formalaşmış bir fikri ifadə edim: hazırkı mərhələdə bizim yeni oyunçularımız az deyil və onlara vaxt lazımdır. Marat İzmaylov və Kamran Ağayev çempionat yenilənəndə bizə qoşulublar. Aparıcı oyunçulardan biri - Lorenzo Ebesilio zədəli idi və qış hazırlığını buraxmalı oldu. Leonardo dediyinə görə, ailə problemləri səbəbi ilə qış hazırlığının birinci mərhələsində iştirak etməyib. Bütün bunlar komandada əksini tapmaya bilməzdi.

- İzmaylov öz transferini hələlik doğrultmayıb. Ona sərf edilmiş pullara təəssüflənmirsiniz ki?
- Belə bir səviyyəli futbolçu, bütün yerli futbol üçün müsbət haldır. Əlbəttə, onun hələ də öz idman formasını yığmaması amili, bir qədər məyus edir, ancaq bununla artıq məşqçi qərargahı məşğul olur. Mən düşünürəm ki, o bizə bu mövsüm hələ kömək edəcək.

- Fərz edək ki, o, komandaya kömək edəcək. Bəs sonra nə olacaq? Komandanın avrokuboklara düşəcəyi təqdirdə o, komandaya kömək edəcək?
- Onun razılığı mövsümün sonuna qədərdir. Sonra nə olacağına mövsümün sonunda qərar verəcəyik. Əgər o, bizə lazım olduğu kimi oynasa, nə üçün onunla əməkdaşlığı davam etdirməyək? Bu halda, onu almağa çalışacağıq.

- “Qəbələ” son turlarda inamlı oynayan “Qarabağ”dan altı xal geri qalır. Çempionluq iddialarınız qalır?
- Bu gün Ağdam klubu layiq olduğu birinci pillədə qərarlaşıb. Belə ki, yaxşı futbol nümayış etdirir. Əgər xatırlayırsınızsa, biz qış fasiləsinə “İnter” və “Bakı”dan ciddi fərq üstünlüyü ilə irəlidə yollandıq. İndi bu üstünlük fərqindən demək olar ki, heç nə qalmayıb. Beləliklə, sonra nə aş verəcəyini qabaqcadan demək, çətindir. Öz xallarımızı qazanmağa çalışacağıq. Sonrasını vaxt göstərəcək. Hələ heç nə itirilməyib.

- Ancaq ağdamlılar sabit çıxışa davam etsələr və Premyer-liqanın qalibi olsalar, bu halda, mükafatçılar sırasında sizin yer almağınız uğur sayılacaq?
- Bəli. Belə ki, tapşırıqlarımızdan biri avrokuboklara düşməkdir. Ancaq “Qəbələ”nin çempionatı qazanmaq potensialı var. Bəs nə üçün bundan istifadə etməyək?