7 mart 2014 19:19
Hafiz Məmmədov Şeffild Uensdeyi almaqda maraqlıdır
“Bakı”nın prezidenti Hafiz Məmmədov namizədlər qismində adları hallanan “Lids Yunayted”, “Çarlton” kimi İngiltərə klublarından birini almaqda maraqlı olduğunu təsdiqləyib. Azerisport.az xəbər verir ki, Məmmədov bu xüsusda bunları söyləyib:
“Bizə bir neçə ingilis klubunu təklif etdilər. Onlar arasında seçim edirik. Siyahıda birinci və ən məşhuru “Şeffild Uensdey”dir. Biz bu variantı istəyirik. Bu klub öz tarixi ilə məşhurdur və nəinki İngiltərənin, həmçinin, dünyanın ən qədim klublarından biridir (klub 1867-ci ildə yaradılıb - qeyd). Biz Fransanın “Lans” klubuna bənzər bir klubu maliyyələşdirmək istəyirik. Yəni, klubun sadiq azarkeşləri və zəngin tarixi olsun. Bir neçə variantdan sonra, biz müəyyənləşəcək və kimi maliyyələşdirəcəyimizi elan edəcəyik”.
Xatırladaq ki, hazırda “Şeffild Uensdeyi” Çempionşipdə (İngiltərənin gücünə görə ikinci liqası) çıxış edir.
