7 mart 2014 18:22
Qarabağ Bakıya qarşı oyuna hazırlaşır
“Qarabağ” “Bakı” qarşı oyuna hazırlaşır. Azerisport.az xəbər verir ki, Premyer Liqanın XXV turunda paytaxt klubunu qəbul edəcək komanda günü tək məşqlə keçirib.
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutmuş çalışma 16:30-da start götürüb. Məşqdə millilərdən dönən futbolçular da iştirak ediblər.
“Qarabağ” sabah bir məşqlə “Bakı”ya qarşı oyunun hazırlığını tamamlayacaq.
Xatırladaq ki, “Qarabağ” - “Bakı” oyunu bazar günü martın 9-u Tofiq Bəhramov adına Respublika stadionunda 18:00-da baş tutacaq.
