7 mart 2014 17:55
Hafiz Məmmədov: Pantiçlə müqaviləni daha üç il artıracağam
“Bakı”nın prezidenti Hafiz Məmmədov azerisport.az saytına açıqlamasında bildirib ki, komandasının baş məşqçisi Milinko Pantiçlə müqavilə müddətini artıracaq:
“Pantiç - romantikdir. Klubu çox sevir. Üç ay futbolçular məvacib almadı. Ancaq necə futbol göstərdilər! Mən onunla müqaviləni üç il artıracağam. O, Kamran Ağayev və Mindauqas Kalonasın komandanı tərk etməsindən razıdır. Onlar ab-havanı korlayırdı”.
