7 mart 2014 17:22
Hafiz Məmmədov: Mən AFFA İK-nın qərarını dəstəkləyirəm
“Bakı”nın prezidenti Hafiz Məmmədov azerisport.az saytına açıqlamasında bildirib ki, AFFA İcraiyyə komitəsinin legioner limitini azaltması ilə bağlı qərarını dəstəkləyir:
“Mən İcraiyyə komitəsinin qərarının tərəfdarıyam. Çünki bu qərar, bizə legionerlərə vəsait olunan vəsaitin azaldılmasına kömək edəcək. İspaniyadan olan yaxşı əcnəbi futbolçularımız var. Ancaq bununla belə, mən limitin azaldılmasının tərəfdarıyam”.
