7 mart 2014 16:55
Yuri Syomin: Limitin dəyişdirildiyi haqda danışmağın mənası yoxdur
“Qəbələ”nin baş məşqçisi Yuri Syomin növbəti mövsümdə qüvvəyə minəcək yeni legioner limiti haqda fikirlərini azerisport.az saytına bildirib:
“Hazırda bu barədə danışmağın mənası yoxdur. Bu yenilik yalnız gələn mövsüm qüvvəyə minəcək. Qərar alıblar, demək, icra edəcəyik. “Qəbələ”də yerli gənc futbolçular az deyil. Onlar komandaya gələcəkdə kömək olacaqlar. Hazırda “Neftçi” və “Qarabağ”ın ən yaxşı yerli oyunçular toplusu var. Bu mənada, gələn mövsüm onların işi asan olacaq”.
