7 mart 2014 16:28
Elxan Məmmədov: Azərbaycan telekanalları yığmanın oyunlarının yayımlanması üçün pul vermək istəmir
AFFA-nın baş katibi Elxan Məmmədov açıqlamasında millimizin son oyunlarının televiziya vasitəsi ilə yayımlanmamasının səbəblərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Hesabat ili ərzində biz Azərbaycan yığmasının oyunlarının yayımlanması hüququnun satışı əsasında üç milyon manat qazanmışıq. Ancaq bu məbləği xarici şirkətlər ödəyib. Bizim telekanallar isə bunun üçün bizdən pul istəyir. Əslində bundan biz qazanmalı və gəliri klublar arasında bölməliyik. Heç kim ödəniş etmək istəmir. Biz yayım hüququnu bir şirkətdən alıb, kanallardan birinə pulsuz verə bilmərik”.
