7 mart 2014 16:16
I Divizionda turun ilk oyunu Şəmkirin qələbəsi ilə başa çatdı
Futbol üzrə Azərbaycan I Divizionunda 20-ci tura start verilib. Azerisport.az xəbər verir ki, turun açılış oyununda “Şəmkir” doğma meydanda “Lokomotiv”i 2:0 hesabı ilə məğlub edib.
Əyalət təmsilçisinin heyətində Anar Rzayev (d.8) və Vüsal İbrahimov (d.45+1) fərqlənib.
