7 mart 2014 16:00

AFFA-nın növbəti Hesabat Konfransı keçirilib

Bu gün Hilton otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) növbəti Hesabat Konfransı keçirilib. Azerisport.az xəbər verir ki, Konfransı AFFA prezidenti Rövnəq Abdullayev açaraq tədbirdə iştirak edən UEFA-nın I vitse-prezidenti Şenes Erziki, nümayəndələri, qonaqları və mətbuat nümayəndələrini salamlayıb. Hesabat dövrü ərzində ölkə futbolunun inkşiafı məqsədilə AFFA tərəfindən həyata keçirilmiş tədbirlər barədə qısa məlumat verən R.Abdullayev görülən işlərin müsbət nəticələr verdiyini bildirib. AFFA prezidenti Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin UEFA tərəfindən təqsdiq olunduğunu, 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, UEFA-ya təqdim edilmək üçün sifariş kitabının hazırlanması ilə bağlı Respublika Prezidenti cənab İlham Əliyevin sərəncam imzaladığını xatırladıb, sifariş kitabının hazırlanması məqsədilə müvafiq işlərin görüldüyünü bildirib. Sonra söz AFFA-nın baş katibi Elxan Məmmədova verilib. Baş katib Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində və ötən il keçirilmiş yoldaşlıq oyunlarında vurduğu qollardan hazırlanmış videoçarxın izlənməsini təklif edib. Videoçarxın nümayişindən sonra mandat komissiyasının sədri Mahmud Sadıqov məruzə edərək 35 nümayəndənin 33 nəfərinin Konfransda iştirak etdiyini və Konfransın səlahiyyətli olduğunu bildirib.
Elxan Məmmədov çıxış edərək Azərbaycan futbolunun inkişafı ilə bağlı AFFA tərəfindən müəyyənləşdirilmiş prioritet istiqamətlər - infrastruktur, kütləvilik, təhsil - və bu yöndə həyata keçirilmiş tədbirlər barədə ətraflı məlumat verib. Baş katib qeyd edib ki, AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyəti haqqında videoçarx hazırlanıb. Hesabat xarakterli videoçarxın nümayişindən sonra Elxan Məmmədov məlumat verib ki, hər bir Konfrans iştirakçısının qovluğunda AFFA tərəfindən hazırlanmış hesabat jurnalı, eyni zamanda videoxülasənin DVD-si var. Sonra söz AFFA-nın baş mühasibi Xalid Cavadova verilib. Baş mühasib 2013-cü ilin maliyyə hesabatını, həmçinin 2014-cü il üçün büdcə layihəsini təqdim edib (maliyyə hesabatı və büdcə layihəsi saytımızda yerləşdiriləcək). Ardınca müstəqil audit təşkilatının nümayəndəsi Babək Məmmədovun hesabatı dinlənilib. Hesabatlar təqdim olunduqdan sonra Konfrans nümayəndələri yekdilliklə AFFA-nın hesabat dövrü ərzindəki fəaliyyətinin qənaətbəxş olması barədə qərar qəbul ediblər.
Baş katib Elxan Məmmədov UEFA və AFFA-nın birgə layihəsi olaraq irqçiliyə qarşı videoçarx hazırlandığını, layihədə dünya futbol ulduzları ilə yanaşı Azərbaycan milli komandasının üzvləri Rəşad Sadıqov, Ruslan Abuşov və Rauf Əliyevin də iştirak etdiyini deyib, videoçarx nümayiş olunub.
Sonra Konfransın fəxri qonağı, UEFA-nın I vitse-prezidenti Şenes Erzik çıxış edərək, AFFA-nın yaranma tarixi, ötən əsrin 90-cı illərində bu istiqamətdə görülən işləri xatırladıb, ötən müddət ərzində Azərbaycan futbolunun böyük inkişaf yolu keçdiyini bildirib.
Konfransın sonunda Avro-2020-nin oyunlarının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.
Konfrans başa çatdıqdan dərhal sonra İcraiyyə Komitəsinin iclası, ardınca isə AFFA-nın prezidenti Rövnəq Abdullayevin mətbuat konfransı keçirilib.
(AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.