7 mart 2014 15:55
Tomas Duli: Siz azərbaycanlı və bizim oyunçuların fiziki ölçülərini gördünüz
Filippin yığmasının baş məşqçisi Tomas Duli komandasının millimizə qarşı Dubay toplanışı çərçivəsində keçirdiyi oyunu (0:1) haqda fikirlərini yerli KİV-lə bölüşüb. Azerisport.az xəbər verir ki, Duli bunları söyləyib:
“Məğlubiyyətsən heçə də narazı deyiləm. Xoşbəxtəm ki, vəziyyətlər yarada bildik. Az deyildi. Vaxt ötdükcə, biz bu vəziyyətləri qiymətləndirməyi də öyrənəcəyik”, deyə Duli bildirib.
Mütəxəssis həmçinin, qeyd edib ki, millimizin futbolçuları fiziki cəhətdən daha cüssəli və təcrübəli idi: “Siz azərbaycanlı və bizim oyunçuların fiziki ölçülərini gördünüz. Özünüz başa düşürsünüz ki, bu oyunda bizə necə çətin olub. Nəhayət, oyunçularıma dedim ki, onlar futbol oynayıblar. Mənim fikrimcə, futbol - yalnız topla oyun deyil. Komanda yoldaşlarınla qarşılıqlı anlaşıqdır”.
