7 mart 2014 15:44
Filippin yığmasının meneceri: Küçə itləri kimi mübarizənin nə demək olduğunu göstərdik
Filippin yığmasının meneceri Dan Palami komandasının millimizə qarşı Dubay toplanışı çərçivəsində keçirdiyi oyunu (0:1) haqda fikirlərini yerli KİV-lə bölüşüb. Azerisport.az xəbər verir ki, Palami bunları söyləyib:
“Mən komandamızın gələcəyinə nikbin baxıram və Azərbaycan yığmasına qarşı oyun da gördüklərimdən razıyam. Komandamızın bütün oyunçuları Dubay əhlinə göstərdi ki, filippinsayağı - küçə itləri kimi mübarizə, nə deməkdir”.
