7 mart 2014 15:00
Rövnəq Abdullayev: Mən öz işimdən narazıyam
AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, ölkə futbolunun sükanı arxasındakı işindən narazıdır. Azerisport.az xəbər verir ki, Abdullayev oyunlara azarkeşlərin cəlb edilməsinin vacibliyindən və TPL-də klubların sayının artırılmasından danışıb:
“Mən öz işimdən narazıyam. Heç kim adekvat olaraq qoyulmuş tapşırıqlar üzrə nəticə qazana bilmir. Dövlət futbola dəstək verir, ancaq qarşılıq nəticə yoxdur. Sponsorlar azdır. Onları cəlb edə bilmirik”, deyə Abdullayev bildirib.
“Stadionlara daha çox azarkeş cəlb etmək lazımdır. Bunu İngiltərə, Almaniya və digər ölkələrdə olduğu kimi etməli. Futbol populyarlaşdırmaya ehtiyac duyur”, deyə federasiya prezidenti qeyd edib.
“Bəli, qərara almışıq ki, növbəti mövsümdən TPL-də 12 komanda mübarizə aparacaq. Daha dəqiqi, biz qərar almışıq ki, bu rəqəmi artırmaq olar. Ancaq bu, Birinci divizion komandalarının səviyyəsinin buna cavab verməsi, zəruriliyi, istək və imkanları daxilində mümkün olacaq”, deyə Rövnəq Abdullayev dəqiqləşdirib.
AFFA prezidenti bildirib ki, növbəti mövsümün formatı yalnız turnirdə iştirak edəcək komandaların sayının dəqiqləşməsindən sonra müəyyən ediləcək. O, həmçinin “Sumqayıt” futbol klubunun siyasətindən razılığını dilə gətirib: “Sumqayıt” yaxşı layihədir. Bu layihə, gənc oyunçuların yetişdirilməsinə yönəlib”, deyə vurğulayıb.
AFFA həmçinin, 21 yaşa qədər futbolçuların məvacibinə limit qoymaq fikrindədir: Son il ərzində onların sayı 46-dan 106-ya qalxıb. Biz məvacib həddini aşan klubları cəzalandıracağıq. Azərbaycan futbolçuları legioner olmaq istəmirlər. Çünki, burada böyük məvacib alırlar”, deyə Abdullayev qətiyyətlə bildirib.
O, millimizin AÇ-2016-nın təsnifat mərhələsindəki şanslarına da toxunub: “Düşünürəm ki, bizim AÇ-2016-ya çıxmaq şansımız var. Bəxtimizə güclü qrup düşüb. Hətta Malta da asan rəqib deyil. Dünyada 106-cı pillədəyik. Çempionatımız 43-cüdür. Ancaq rəqəmlər hər şeyi həll etmir. Düşünürəm ki, qrupda şanslarımız 50:50-yədir”.
Olimpiya stadionunun tikintisinə gəlincə, açılış 2015-ci ilin Avropa oyunlarına qədər olacaq. “Yeniyetmələr arasında AÇ-2016-nın oyunları orada keçiriləcək”, deyə Abdullayev məlumat verib.
AFFA prezidenti həmçinin, bildirib ki, onu milliləşdirilmiş oyunçuların yığmadakı sayı narahat etmir, çünki, onların azərbaycanlı kökləri var: “Əgər Almaniya və Türkiyədən oyunçular Azərbaycan yığmasında oynamaq istəyirsə, nə üçün yox? Almaniya ikinci liqasının oyunçularının səviyyəsi bizim çempionatın gənc oyunçularının səviyyəsindən yüksəkdir”.
Abdullayev təhlükəsizlik məsələlərinə də toxunub: “Təhlükəsizlik səviyyəsi üzrə məsələlər çox vacibdir. Təəssüf ki, bizim bəzi azarkeşlər türk azarkeşlərin bütün ən pis cəhətlərini təkrarlayırlar. Bu məslə üzrə işləmək lazımdır”.
“Şadam ki, klublarda müşahidə şuraları yaradılmağa başlayıblar. Klublar həmçinin, bizim tərəfimizdən komandaların texniki direktorlarının fəaliyyətinin təmin edilməsi və məvacibinin ödənilməsindən razıdırlar. Mən inanmıram ki, bizim komandalarda çoxlu yeniyetmə futbolçular oynayır. Buna görə də biz direktorları təyin etmişik ki, onlar bunu yoxlasın”, deyə Abdullayev qeyd edib.
“Hakimlərin səhvi? Belə şeylə olur. Ancaq siz mənə günahı hakimin deyil, öz üzərinə yıxan oyunçunun adını deyin”, deyə Abdullayev fikirlərini tamamlayıb.
