7 mart 2014 14:00
Rövnəq Abdullayev: Millimizin AÇ-2016-ya çıxmaq şansları var
AFFA-nın prezidenti Rövnəq Abdullayev millimizin AÇ-2016-nın təsnifat mərhələsindəki şanslarını qiymətləndirib. Azeripsort.az xəbər verir ki, Abdullayev bunları söyləyib:
“Düşünürəm ki, bizim AÇ-2016-ya çıxmaq şansımız var. Bəxtimizə güclü qrup düşüb. Hətta Malta da asan rəqib deyil. Dünyada 106-cı pillədəyik. Çempionatımız 43-cüdür. Ancaq rəqəmlər hər şeyi həll etmir. Düşünürəm ki, qrupda şanslarımız 50:50-yədir”.
