7 mart 2014 01:44
Millimizin Filippin yığmasına qarşı keçirdiyi oyunda futbolçularımızın qiyməti
Azerisport.az millimizin Dubay toplanışı çərçivəsində Filippin yığmasına qarşı keçirdiyi oyunda (1:0) futbolçuların oyununu qiymətləndirib:
Kamran Ağayev - 5,5. Kamranın bu oyunda işi çox olmadı. İki məqamı qeyd etmək olar ki, ciddi surətdə oyuna qoşuldu. Çıxışda və qabaqlamada dəqiq oynayırdı. Bütünlükdə bir səhv belə etmədi.
Bədəvi Hüseynov - 5,0. Bədəvinin oyununu bu oyunda iki mövqedə çıxış etməsi nöqteyi-nəzərindən qiymətləndirmək lazımdır. O, mərkəz müdafiəçisi və “dayaqçı” rolunda oynadı. Hər iki mövqedə kifayət qədər yaxşı görünürdü. Ancaq bununla belə, müdafiədə daha yaxşı təsir bağışlayırdı.
Elvin Yuniszadə - 6,0. Elvin öz debüt oyununda qolla fərqləndi. Onun hesabında ii sürüşmə fəndi var ki, komandanı qoldan xilas etdi. Düzdü, kiçicik xətalar vardı ki, burada Ağayev işə qarışdı və komanda yoldaşını dəqiqliklə sığortaladı.
Elvin Yuniszadə - 6,0. Elvin öz debüt oyununda qolla fərqləndi. Onun hesabında ii sürüşmə fəndi var ki, komandanı qoldan xilas etdi. Düzdü, kiçicik xətalar vardı ki, burada Ağayev işə qarışdı və komanda yoldaşını dəqiqliklə sığortaladı.
Ruslan Əmircanov - 4,5. Ruslan heç də ən yaxşı oyununu keçirmədi. Cinahda rəqiblərinə dəfələrlə məğlub oldu və asmalara imkan verdi. Həmçinin, hücumlara qoşulsa da, bunu bacardığı kimi keyfiyyətlə edə bilmədi.
Elnur Allahverdiyev - 4,5. Elnur tez-tez sürətdə məğlub olsa da, özünü kifayət qədər səbirli göstərdi. Əksərən, düzgün mövqe seçimi ilə yadda qaldı.
Qara Qarayev - 5,0. Qara rəqibdən ayağına tez-tez zərbələr alırdı. Bir dəfə isə əsəbləri tab gətirmədi və xəbərdarlıq aldı. Adətən Ruslan Abışovu və digər komanda yoldaşlarını sığortalayırdı.
Ruslan Abışov - 3,5. Abışovun “Rubin”in heyətində oyun təcrübəsinin yoxluğundan əziyyət çəkməsi aşkar görünürdü. Bəzi məqamlarda topla nə edəcəyini bilmirdi və bu, sezilirdi. Oyundan sonra Foqts mətbuat konfransında bildirdi ki, Ruslanın özü kimi, o da futbolçudan narazı qalıb. ABŞ-la oyunda hər şeyin fərqli olacağına ümid edirik.
Tuqrul Erat - 3,5. Erat oyunu kəskinləşdirməyə çalışırdı. Ancaq bu, çox da yaxşı alınmırdı. Əsası odur ki, yığmada “gənclərin” heyətinə bir neçə çağırışdan sonra debüt etmişdi. Görünürdü ki, Erat komandaya hələ faydalı olacaq.
Rauf Əliyev - 3,5. Rauf çox passiv görünürdü. Ötürmələrə az açılırdı. Özünü komanda yoldaşlarına az təklif edirdi. Aqressiv idi və buna görə də gərəksiz bir sarı vərəqə aldı. Yığmada heç də ən yaxşı oyunu deyildi.
Vaqif Cavadov - 4,0. Vaqif kəskin fəaliyyətə cəhd edirdi. Rəqibi keçməyə gedirdi. Ancaq topu tez-tez özündə çox saxlayırdı. İkinci hissənin ortalarında əvəzləndi.
Rüfət Dadaşov - 3,5. Rüfət hücumun sivri ucunda heç nə ilə yadda qala bilmədi. Öz fiziki ölçülərinə rəğmən, rəqibləri ilə mübarizədən nadir hallarda qalib ayrılırdı. Cihan Özkara ilə əvəzləndi.
Cihan Özkara - 3,0. Cihan Dadaşovdan daha süst oynadı. Rəqib qapısına bir təhlükə belə yaratmadı.
İlkin Qırtımov - 3,5. İlkin az səhv buraxmadı, dayaq zonası “oturdu”. O, öz komanda yoldaşlarını sığortalamağa çatmırdı. Bunun nəticəsində rəqibin hücum fəaliyyətinə imkanları yaranırdı.
Rəşad Sadıqov - 5,0. Rəşad meydana çıxandan sonra komanda yoldaşlarına inam verə bildi. Komandanın oyununda bir yatım yarandı. Hücum oyunçuları arxaya daha az göz yetirməyə başladılar.
Araz Abdullayev - 5,0. Öz cinahında bir neçə təhlükəli reyd edərək, rəqibin oyununu geri ata bildi. Ancaq komandanın süst oyununun nəticəsində bu reydlər bəhrə vermədi.
Cavid Hüseynov - 6/0
