7 mart 2014 13:44
AFFA TPL iştirakçılarının sayında dəyişiklik etdi
AFFA İcraiyyə komitəsi TPL-də çıxış edən komandaların sayında dəyişiklik edib. Azerisport.az xəbər verir ki, müvafiq qərara əsasən, növbəti mövsümdən TPL iştirakçılarının sayı 12 olacaq.
Beləliklə, cari mövsümün yekunlarına əsasən, heç bir komanda Premyer Liqanı tərk etməyəcək. İkinci Divizionun ən yaxşı iki komandası isə növbəti mövsümdən TPL-də mübarizəyə qoşulacaq.
