7 mart 2014 13:22
Tuqrul Erat: Foqts bildirib ki, məndən razıdır
Düsseldorf “Fortuna”sının yarımmüdafiəçisi Tuqrul Erat Almaniya KİV-nə açıqlamasında millimizdə debütünü şərh edib. Azerisport.az xəbər verir ki, Erat bunları söyləyib:
“Baş məşqçi Berti Foqts bildirib ki, məndən razıdır. O, mənə dedi ki, mən əvəzlənmə ilə bağlı narahat olmayım. Çünki o, digər oyunçuları da yoxlamağı çatdırmaq istəyirdi”.
