7 mart 2014 13:13
AFFA legioner limiti ilə bağlı qərar qəbul etdi
AFFA İcraiyyə komitəsi 2014-15-ci illər mövsümündən TPL-də qüvvəyə minəcək legioner limiti ilə bağlı qərarını bildirib. Azerisport.az xəbər verir ki, qərarda meydana eyni zamanda altı legioner və beş yerli futbolçu çıxa biləcəyi deyilib.
Yerli futbolçulardan birinin yaş həddi isə 21 yaşdan yuxarı olmamalıdır.
Qeyd edək ki, cari mövsümdə komandalar “7+4” sxemi ilə çıxış edir.
