7 mart 2014 12:55
Ağasəlim Mircavadov: Mən legionerlərin sayının azaldılmasının tərəfdarıyam
Futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına açıqlamasında bildirib ki, AFFA İK-nın üzvlərinə legioner limitinin azaldılması təklifini irəli sürüb:
“Mən legioner limitinin altıya endirilməsinin, yerli futbolçuların isə beş olmasının tərəfdarıyam. Üstəgəl, 21 yaşa qədər bir futbolçu əsas heyətdə deyil, iştirak ərizəsində olsun. Belə ki, o, əsas heyətdə oynasa, 22 yaşında heç kimə gərək olmayacaq”.
