6 mart 2014 12:40
Kazbek Tuayev: ABŞ-la oyun AÇ-nin təsnifat mərhələsi ərəfəsində yaxşı imtahan olacaq
AFFA İK-nin üzvü Kazbek Tuayev azerisport.az saytına açıqlamasında millimizin Filippin yığması üzərində qələbəsi (1:0) və ABŞ yığmasına qarşı keçirəcəyi oyun haqda danışıb:
“İdmançı günündə millimizin qələbə qazanması xoşdur. Qələbə həmişə yaxşıdır. Rəqibdən asılı olmayaraq. Ümid edirəm ki, bu il bu nəticə dəfələrlə təkrarlanacaq. Komandanı səmimi qəlbdən təbrik edirəm. Həmçinin, fərəhlidir ki, növbəti rəqib Azor adalarından olan komanda yox, qarşıdakı AÇ-nin iştirakçısı ABŞ yığması olacaq. ABŞ-la oyun AÇ-nin təsnifat mərhələsi ərəfəsində yaxşı imtahan olacaq”.
