6 mart 2014 00:28
Rauf Əliyev: Qol vurmadığım üçün üzülmürəm
Millimizin hücumçusu Rauf Əliyev azerisport.az saytına açıqlamasında Filippin yığmasına qarşı keçirilmiş oyun (1:0) haqda fikirlərini bildirib:
“Oyunda əsas amil - nəticədir. Axı ili yaxşı nəticə ilə başlamaq lazımdır. Bizdə alındı. Qol vurmadığım üçün üzülmürəm. Burada qorxulu heç nə yoxdur. Qarşıda başqa oyunlar olacaq. Hesab edirəm ki, təsnifat mərhələsində daha yaxşı oynamaq lazımdır”.
