6 mart 2014 12:11
Azərbaycan Kubokunun finalının keçirilmə vaxtı dəyişdiriləcək
Azərbaycan Kubokunun finalı qabaqcadan müəyyən edildiyi kimi, mayın 28-də keçirilməyəcək. Azerisport.az xəbər verir ki, buna səbəb, AFFA və ABŞ futbol federasiyası arasında mayın 27-ə San-Fransiskoda keçirilməsi razılaşdırılmış yoldaşlıq oyunudur.
Həmin oyunla əlaqədar olaraq, ölkə kubokunun keçirilmə vaxtının dəyişdirilməsi zərurəti ortaya çıxıb. Müxbirimizə PFL-in mətbuat xidmətindən verilmiş məlumata görə, finalla yanaşı, TPL-in son turunun keçirilmə vaxtı da dəyişdiriləcək.
Çox güman ki, ölkə kubokunun finalı mayın 24-də baş tutacaq.
Qeyd edək ki, millimizin baş məşqçisi Berti Foqts və PFL rəhbəri Ramin Musayev bunun mümkünlüyü barədə hələ yanvarda, klubların qış toplanışı zamanı razılığa gəlmişdilər.
