6 mart 2014 00:13
Vaqif Cavadov: Qələbə qazanmaq həmişə xoşdur, ancaq oyunu da yaxşılaşdırmaq lazımdır
Millimizin yarımmüdafiəçisi Vaqif Cavadov azerisport.az saytına açıqlamasında Filippin yığmasına qarşı keçirilmiş oyun (1:0) haqda fikirlərini bildirib:
“Rəqib kifayət qədər maraqlı komanda idi. Bizə bir qədər çətin idi. Oyun ərəfəsində bir çox mütəxəssislər 3:0 və ya 4:0 böyükhesablı qələbədən danışırdılar. Oxşar surətdə Azərbaycan yığmasına Portuqaliya və Rusiya futbolçularının necə baxdığı yada düşürdü. Ancaq işdə hər şey başqa cür alındı. Filippin yığması bu gün mübarizə apardı. Ancaq biz qələbə qazandıq. Qələbə qazanmaq həmişə xoşdur, ancaq oyunu da yaxşılaşdırmaq lazımdır”.
